Türkiyədə məşhur iş adamı saxlanıldı

img

Türkiyənin ən böyük şirkətlərindən biri olan "Zorlu Holding"in icraçı direktoru Cem Köksalın addımı ölkədə gündəm olub.

Rezonans.az xəbər verir ki, bu barədə "Haber Global" məlumat yayıb.

Qeyd olunur ki, Cem Köksal holdinqə bağlı olan "Vestel"in baş direktoru Ergün Gülerin işçilərə Ramazan ayının başlaması ilə bağlı təbrik məktubuna sərt cavab verib.

O, şirkətin 70 illik tarixində heç bir Ramazan ayını qeyd etmədiklərini bildirib.

Məktub ictimailəşdirildikdən sonra iş adamı saxlanılıb və barəsində "inanc, düşüncə və fikir azadlığının həyata keçirilməsinə mane olmaq" maddəsi ilə istintaq başlanılıb.

Saxlanıldıqdan sonra iş adamının vəzifəsindən istefa verdiyi məlumat verilib.

Xəbəri paylaş: