
Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov FIDE-nin mart ayı üçün açıqlanan reytinqində 9 pillə irəliləyib.
Rezonans.az xəbər verir ki, qrossmeyst bu nəticə ilə 2748 xalla 11-ci pillədə qərarlaşıb.
Üç addım geriləyən Teymur Rəcəbov (2692) 35-ci sırada yer alıb. Dörd pillə irəliləyən Rauf Məmmədov (2657) 67-cidir. Cədvələ 2833 xalla norveçli Maqnus Karlsen başçılıq edir.
Qadınların cədvəlində ən yaxşı təmsilçimiz dəyişib. İki pillə geriləyən Gövhər Beydullayeva (2400) 43-cü yerə ensə də, ölkənin birincisi olub.
Günay Məmmədzadə 2396 xalla 51-cidir. Ülviyyə Fətəliyeva (2387) yeddi addım yüksələrək 57-ci pillədə qərarlaşıb. Xanım Balacayeva (2358) 4 pillə irəliləyərək 85-ci olub.
Qadınların reytinq cədvəlinə çinli Yufan Hu başçılıq edir – 2633 xal.