Zaqatalada 44 yaşlı qadını maşın vurdu

img

Zaqatalada 44 yaşlı qadını avtomobil vurub.

Rezonans.az xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.

Belə ki, şəhər sakini 1979-cu il təvəllüdlü Elgün İmanov idarə etdiyi “VAZ 21099” markalı minik avtomobili ilə 1981-ci il təvəllüdlü Vəfa Əsəbəli qızı Mustafayevanı vurub.

Hadisə zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan V.Mustafayeva Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Zaqatala Rayon Polis Şöbəsində araşdırma aparılır.

Xəbəri paylaş: