
Saatlıda 5 otaqlı ev yanıb.
Bu barədə Rezonans.az-a FHN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, rayonun Novruzlu kəndində ümumi sahəsi 174 m² olan birmərtəbəli 5 otaqlı evin yanar konstruksiyaları və içərisində ev əşyaları yanıb. Yaxınlıqdakı tikillər yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.