Ukrayna 18 yaşlı gəncləri səfərbər edəcək

img

Ukrayna Silahlı Qüvvələri 18 yaşlı gəncləri səfərbər edəcəklərini açıqlayıb. 

Rezonans.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin 93-cü briqadasının komandiri Şamil Krutkov məlumat yayıb. 

"Təəssüf ki, biz 18 yaşından etibarən səfərbər olacağımıza əminəm. Bunlar bizim qarşılaşmalı olduğumuz reallıqlardır", - o, əlavə edib.  

Hazırda Ukraynada 18-24 yaş arası şəxslər səfərbərlik əsasında hərbi xidmətə çağırılmır. Eyni zamanda, onlar könüllülük əsasında “gənclər müqavilələri” imzalamağa fəal şəkildə həvəsləndirilir. 

Xəbəri paylaş: