ABŞ ordusu İsa limanını dağıdıb - Ölənlər var

img

Amerika ordusu "Ənsar Allah" (Husilər) hərbi-siyasi hərəkatının nəzarətində olan Ras İsa limanını məhv edib.

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) məlumat yayıb.

"ABŞ ordusu Yəməndəki Ras İsa limanının məhv edildiyini bildirib", - məlumatda qeyd olunub. 

Bundan əlavə, ABŞ-nin Yəmən ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 33 nəfər həlak olub, daha 80 nəfər isə yaralanıb.

Xəbəri paylaş: