3 nəfər Yerə qayıtdı

img

Beynəlxalq Kosmik Stansiyada (BKS) çalışan 2 kosmonavt və bir astronavt Yerə qayıdıb. 

Rezonans.az xəbər verir ki, bu barədə “Roskosmos” məlumat yayıb. Bildirilir ki, göyərtəsində rus kosmonavtlar Aleksey Ovçinin, İvan Vaqner və NASA-nın astronavtı Donald Petitin olduğu “Soyuz MS-26” kosmik gəmisi Qazaxıstana uğurlu eniş edib. Yerin orbitinə daxil olma və eniş normal olub.

Ekipaj BKS-də 11 sentyabr 2024-cü ildən işləyirdi.

Xəbəri paylaş: