
Bu gün Misli Premyer Liqasında XXXI tura yekun vurulacaq.
Rezonans.az xəbər verir ki, günün ilk oyununda "Şamaxı" "Kəpəz"lə üz-üzə gələcək. Şamaxı şəhər stadionunda keçiriləcək matç saat 16:30-da başlayacaq. Meydan sahibləri 31 xalla yeddinci pillədə qərarlaşıb. 28 xala malik Gəncə təmsilçisi doqquzuncu sıradadır.
Günün digər qarşılaşması "Zirə" ilə "Sumqayıt" komandaları arasında oynanılacaq. İkinci pillədə qərarlaşan "Zirə" bu görüşdə qələbə qazana bilməsə, “Qarabağ”ın çempionluğu rəsmiləşəcək.