Zərdab şəhəri üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb

img

Zərdab şəhəri üzrə mediasiya təşkilatı fəaliyyətə başlayıb.

Rezonans.az-ın məlumatına görə Zərdab 1 saylı mediasiya təşkilatının “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsi ilə tənzimlənən tələblərə uyğunluqları müəyyən edilmiş, Mediasiya Şurası İdarə Heyətinin qərarı ilə Zərdab 1 saylı mediasiya təşkilatı Şuranın üzvlüyünə qəbul edilərək təşkilat barədə məlumatlar mediasiya təşkilatları reyestrinə daxil edilmişdir. 

Zərdab 1 saylı mediasiya təşkilatına Ağdaş, Kürdəmir, Zərdab və Ucar rayonu üzrə vətəndaşlar müraciət edə bilər.

Qeyd edək ki, 1 may 2025-ci il tarixindən etibarən Zərdab 1 saylı mediasiya təşkilatı fəaliyyətə başlayır.

🖇 Zərdab 1 saylı mediasiya təşkilatının məlumatları:

📍 Ünvan: Zərdab şəhəri, Mehdi Hüseyn küçəsi, ev 9
📧 Email: [email protected]
📞 Telefon: +994 (50) 760 17 18

Xəbəri paylaş: