
Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzu, qlobal geosiyasi proseslərdə fəal iştirakı ölkəmizə qarşı olan qüvvələri bərk narahat edir, böhtan, qarayaxma kampaniyalarını genişləndirməyə çalışırlar. Bu işin təşkilatçıları olan xaricdəki erməni lobbisinə Avropada və Amerikada yaşayan, özlərini siyasi mühacir adlandıran, əslində dövlətimizə və xalqımıza xəyanət edən xainlər dəstək verir.
ABŞ Konqresində ermənipərəst Kris Smitin sədrliyi ilə "Demokratiya Aktı" adı altında Azərbaycanda guya insan hüquqlarının pozulması, siyasi məhbusların olmasına dair dinləmələr keçirilməkdədi. Bu cür dinləmələr ABŞ ın keçmiş Prezidenti Co Baydenin vaxtında da demək olar ki, hər il keçirilirdi. Azərbaycana qarşı dost münasibət bəsləməyən Co Bayden Administrasiyası tərəfindən belə bu dinləmələrin çıxardıqları qərarlar qəbul edilməmiş və veta qoyulmuşdur.
May ayının 1-də Osmanqızı növbəti dəfə gülə-gülə Azərbaycana qarşı aparılan bu iyrənc kampaniyaya haqq qazandıraraq bu haqda mənəviyyatdan uzaq, simasız Arif Yunusla müzakirə apardı. Arif Yunusun Azərbaycan xalqına düşmən, ermənipərəst bir məxluq olmasının bir daha şahidi olduq. O, Azərbaycana qarşı düşmən olan şəxslərlə dostluq etdiyini, Konqresdəki Azərbaycana qarşı dinləmələrin onun tərəfindən hazırlanan qərəzli, böhtan xarakterli fikirlər əsasında təşkil edildiyini inkar etmir. Dinləmənin ikinci hissəsi Azərbaycanda bu günlərdə məhkəməsi gedən separatçı, dövlətimizə, xalqımıza qarşı qanlı cinayətlər törətmiş ermənilərə həsr edilir və onların bu qanlı cinayətlərinə haqq qazandırılır. Azərbaycanda guya insan hüquqlarının pozulması və siyasi məhbusların olması barədə xarucdə aparılan qarayaxma kampaniyası ölkə daxilində radikalların çıxışları ilə eynilik təşkil edilir və paralel aparılır. Deməli, ölkə daxilindəki radikallar qüvvələr də xaricdən idarə olunur.
ABŞ Konqresində aparılan bu dinləmələrin, AŞPA və Avropa Parlamentində ölkəmizə qarşı qəbul edilən qərar və qətnamələrin əsası yoxdur və heç bir əhəmiyyət kəsb etmir. Artıq böyük güc mərkəzləri və dövlətləri Azərbaycanla dostluq və sıx əməkdaşlıq əlaqələri qurmağa böyük maraq göstərirlər.
Bu gün Azərbaycan məhkəmələrində dövlətimizə və xalqımıza qarşı qanlı cinayətlər törətmiş ermənilərin məhkəməsi keçirilir və onlar layiq olduqları cəzanı alacaqlar və heç bir xarici qüvvə buna mane ola bilməyəcək. Yaxın vaxtlarda Sevinc Osmanqızı, Arif Yunus və xaricdəki digər xainlər də dövlətimizə qarşı törətdikləri cinayətlərə görə cavab verəcək və Azərbaycan qanunları ilə mühakimə olunacaqlar. Xaricdəki havadarları belə onlara kömək edə bilməyəcək.
Kamilə Əliyeva
BDU-nun kafedra müdiri, professor