Azərbaycan, Türkiyə və Pakistan arasında qardaşlıq əlaqələri günün tələbləri səviyyəsində davamlı inkişaf etməkdədir

img

Prezident İlham Əliyevin Laçında səsləndirdiyi fikirlər bu mühüm səfərin siyasi və mənəvi əhəmiyyətini bir daha aydın şəkildə ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünün bərpası şəraitində müstəqilliyin bu torpaqlarda yüksək səviyyədə qeyd olunması dövlətçilik iradəsinin və tarixi ədalətin təntənəsidir. 

Dövlətimizin başçısı çıxışında həm regional geosiyasi reallıqlara, həm də ölkənin daxili və xarici siyasət gündəliyində mühüm yer tutan məsələlərə qətiyyətli və prinsipial mövqedən yanaşaraq milli maraqlara əsaslanan mesajlar verdi. Azərbaycan - Türkiyə- Pakistan. Bu üç qardaş ölkə bu gün dosuğunun, həmrəyliyinin ən yüksək dövrünü yaşayaır. Dərin tarixi köklərlə bir-birinə bağlı olanAzərbaycan, Türkiyəvə Pakistanxalqlarının eyni dəyərlərə malik olması onlar arasında birlik və həmrəyliyi daha da möhkəmləndirir. Xoş gündə də, çətin gündə də bir-birinə dəstək olan hər üç qardaş xalqın dostluğu, hərbi və siyasi sahələrdə sıx əməkdaşlığı, həmrəyliyi dünyaya nümunədir. Ölkəmizin haqq işinə dost və qardaş dövlətlərin verdiyi dəstək hər zaman xüsusi əhəmiyyət kəsb etmişdir. Vətən müharibəsi zamanı Türkiyə və Pakistanın nümayiş etdirdiyi qətiyyətli mövqe, Azərbaycanın ərazi bütövlüyü və suveren hüquqlarının qorunması istiqamətində səsləndirilən açıq və prinsipial bəyanatlar beynəlxalq ictimaiyyətə mühüm siyasi mesaj olmuşdur. Postmünaqişə dövründə də bu dost dövlətlərin ölkəmizin yanında yer alması, birgə layihələr və siyasi dialoqun dərinləşməsi dostluğun və qarşılıqlı inamın davamlı əsaslar üzərində qurulduğunu təsdiqləyir. Laçında baş tutan bu tarixi üçtərəfli görüş Azərbaycan, Türkiyə və Pakistan arasında olan dərin qardaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsi istiqamətində yeni bir səhifə açdı. Bu birlik regional sabitliyin, davamlı inkişafın və qarşılıqlı etimadın rəmzidir. Bu əməkdaşlıq yalnız regional deyil, qlobal geosiyasətdə də müsəlman ölkələrinin mövqeyinin güclənməsinə şərait yaradır. 

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: