Qlobal enerji təhlükəsizliyində Azərbaycanın rolu artır

img

Azərbaycanın enerji siyasəti dünya miqyasında yüksək qiymətləndirilir. Prezidentimiz cənab İlham Əliyevin enerji siyasəti Azərbaycanın dünyadakı önəmini artıraraq, dünya enerji təhlükəsizliyində əhəmiyyətli regional aktora çevirib. Hazırda dünyada və yaxın regionumuzda baş verən mürəkkəb geosiyasi proseslər fonunda ölkəmizin Avropa üçün önəmi xeyli dərəcədə gücləndirib. Geosiyasi proseslər Avropanın enerji təhlükəsizliyi üçün yeni çağırışlar yaradır. Dünyada bu gün Azərbaycanın təbii qazına olan ehtiyac artmaqdadır. 

Şərq-Qərb nəqliyyat dəhlizi üzərində yerləşən Azərbaycan da öz coğrafi mövqeyinin verdiyi üstünlüklərdən faydalanaraq əməkdaşlıq edəcək ölkələrin hər biri üçün məqbul olacaq təkliflər verir. Həmçinin regionun və özünün karbohidrogen məhsullarının Avropa bazarına çıxarılması imkanlarını genişləndirməyə çalışır. Azərbaycan, xüsusilə Cənubi Qafqaz və Mərkəzi Asiya bölgələrindən Avropaya enerji ixracını artırmaqla bu qitənin enerji təminatında önəmli rol oynamağa davam edir. Azərbaycanın enerji siyasəti iqtisadi model olmaqla yanaşı sosial və siyasi modellərin inkişafında lokomotiv rol oynayır. Bu sahədə əldə olunan uğurlar əməkdaşlığın dərinləşməsi və təkcə regionun deyil eyni zamanda Avropanın enerji təhlükəsizliyində ölkəmizin rolunu artırır. 2 iyun 2025-ci il tarixində Bakı Ekspo Mərkəzində Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 30-cu Yubiley Xəzər Neft və Qaz Sərgisi “Caspian Oil and Gas”, 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi “Caspian Power” və 30-cu Yubiley “Baku Energy Forum”un rəsmi açılış mərasimində çıxış edən Prezident İlham Əliyev çıxışı zamanı enerji siyasətinin gələcək perspektivlərinə toxunub. Qeyd edib ki, qlobal enerji təhlükəsizliyində Azərbaycanın rolu artır və bu həyata keçirilən uzaqgörən siyasət nəticəsində mümkün olub. Prezident İlham Əliyev çıxışı zamanı onu da bildirdi ki, ölkə ÜDM-də neft və qaz sektorunun payı 30 faizdən artıq olsa da, iqtisadiyyatın diversifikasiyası istiqamətində ciddi islahatlar həyata keçirilir. Xarici borcun ÜDM-ə nisbətinin 7 faizdən az olması və maliyyə ehtiyatlarının xarici borcu 14 dəfə üstələməsi dövlətin maliyyə dayanıqlığını göstərir. Yoxsulluğun 5 faizə qədər enməsi isə sosial siyasətin uğurunu sübut edir. Təhsil və insan kapitalına yatırımlar, savadlılığın 100 faiz səviyyəsində olması da Azərbaycanın uzunmüddətli inkişaf  strategiyasının mühüm sütunlarıdır. Bu göstəricilər onu sübut edir ki, enerji gəlirləri yalnız infrastruktur və iqtisadi artım deyil, həm də insan inkişafı üçün istifadə olunur.

Emin Feyzizadə  

YAP Tovuz rayon təşkilatının məsləhətçisi

Xəbəri paylaş: