Gürcüstan DTX uranı 3 milyona satmaq istəyən şəxsi saxladı

img

Batumidə uranı satmağa və almağa cəhd edən Gürcüstan vətəndaşı və bir əcnəbi həbs edilib.

Rezonans.az xəbər verir ki, bu barədə Gürcüstan Dövlət Təhlükəsizliyi Xidmətinin Antiterror Mərkəzinin direktoru Baça Mqeladze açıqalyıb. 

Onun sözlərinə görə, təqsirləndirilən şəxslər uranı 3 milyon dollara alıb-satmaq istəyiblər. 

Bu nüvə materialı gücü və radiasiya mənbəyi nəzərə alınmaqla, terror aktı üçün partlayıcı qurğular hazırlamaq üçün yararlıdır.

Saxlanılan şəxslərə qarşı Gürcüstan Cinayət Məcəlləsinin 230-cu maddəsi (nüvə materiallarının və ya qurğularının, radioaktiv tullantıların və maddələrin qanunsuz emalı) ilə cinayət işi başlanıb. Bu maddə ilə onları 5 ildən 10 ilə qədər həbs gözləyir.

Xəbəri paylaş: