
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyanın keçid dövlətinin lideri Əhməd əl-Şara ilə telefon danışığı aparıb.
Rezonans.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Telefon danışığında İsrailin hücumlarından sonra Suriyadakı son vəziyyət müzakirə edilib.
Ərdoğan İsrailin Suriyaya hücumlarının qəbuledilməz olduğunu, İsrailin təcavüzünün bütün bölgə üçün təhlükə yaratdığını, Türkiyənin indiyə qədər olduğu kimi Suriya xalqına dəstəyini davam etdirəcəyini bildirib.
Prezident həmçinin bəyan edib ki, Türkiyə Suriyada atəşkəs razılaşmasını alqışlayır.
Suriya prezidenti siyasi birliyin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və suverenliyin qorunmasında verdiyi dəstəyə görə Ərdoğana təşəkkürünü bildirib.