Çətənə bitkiləri məhv edildi

img

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində rayonun Bıçaqçı kəndi ərazisində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib.

Rezonans.az xəbər verir ki, ümumi çəkisi 1 ton 480 kq olan 1985 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Bundan başqa, Daşkəsən rayonunda polis əməkdaşlarının “Xaş-xaş-2025” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər çərçivəsində yabanı halda bitən narkotik tərkibli bitkilər aşkar edilib. Ümumi çəkisi 2 ton 130 kq olan 1527 ədəd çətənə bitkisi yandırılaraq məhv edilib.

Xəbəri paylaş: