Suriyada nazirə sui-qəsd cəhdi olub - Əl Şaraa Dəməşqi tərk etdi

img

İyulun 18-nə keçən gecə Suriyanın keçid administrasiyasının üç lideri, o cümlədən müdafiə naziri Mərhəf Əbu Kəsranın həyatına sui-qəsd cəhdi barədə şayiələr yayılıb.

Rezonans.az xəbər verir ki,  bu barədə "Al Mayadeen" teleqram kanalında məlumat dərc edilib. 

Kanal bildirir ki, bunun fonunda Suriya Prezidenti Əhməd Əl Şaraa ailəsi ilə birlikdə Dəməşqi təcili tərk edib və İdlibə köçüb. 

Hadisələrin gedişatı ilə bağlı hələlik heç bir rəsmi təsdiq yoxdur.

Xatırladaq ki, İsrail və  Suriya arasında qarşıdurma yaşanıb. Yəhudi dövləti Suriyanın paytaxtı da daxil olmaqla bəzi şəhərləri vurub.

Xəbəri paylaş: