
Qəzza zolağındakı aclıq İsrail tərəfindən anklavın davam edən blokadası səbəbindən fəlakət miqyasına çatıb.
Rezonans.az xəbər verir ki, bu barədə Fələstinin HƏMAS radikal hərəkatının "Telegram" kanalında yerləşdirilmiş bəyanatında deyilir.
"Sionist ordunun davam edən boğucu blokadası nəticəsində Qəzzada aclıq fəlakətli həddə çatıb. Faşist işğalçı hökumətin aclıqdan silah kimi istifadə etməsi və Qəzza xalqının həyat üçün zəruri olan ehtiyaclarını soyqırımı aləti kimi istifadə etməsi müasir tarixdə və son 21 aydan artıqdır ki, mülki vətəndaşlar və uşaqlara qarşı cinayətdir", - məlumatda deyilir.
Həmas beynəlxalq ictimaiyyəti İsrail blokadasına son qoymaq üçün təcili tədbirlər görməyə çağırıb: "Biz Ərəb-İslam ölkələrindən və BMT-dən blokadanın aradan qaldırılması, ərzaq və humanitar yardımların maneəsiz daxil olmasını təmin etmək, qırğınları, soyqırımı və aclığı dayandırmaq üçün təcili tədbirlər görməsini tələb edirik".