21 avqust 2025-ci il tarixində Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov mediatorlar Tural Məmmədov, Aqil Əsgərov və Sabirabad 1 saylı Mediasiya Təşkilatının rəhbəri Musa Ramazanov ilə birlikdə Zərdab 1 saylı mediasiya təşkilatının ofis şəraiti, görülən işlər ilə tanış olub.
Rezonans.az xəbər verir ki, Zərdab 1 saylı mediasiya təşkilatının rəhbəri Mələkxanım Məmmədli qonaqları təşkilatın ofis şəraiti və iş rejimi ilə tanış edib, görülən işlər barədə məlumat verib və keyfiyyətli barışıq sazişlərinin imzalanması sahəsindəki nailiyyətləri qeyd edib.
Mediasiya Şurası İdarə Heyətinin sədri Nadir Adilov bölgələr üzrə yeni yaranmış mediasiya təşkilatlarının vətəndaş məmnunluğunun təmin olunmasındakı əhəmiyyətindən söz açıb və Zərdab 1 saylı mediasiya təşkilatına fəaliyyətində uğurlar arzu edib.










