
6 yaşlı uşaq sistem vurulduqdan sonra ölüb.
Rezonans.az xəbər verir ki, Bərdə şəhər sakini 2019-cu il təvəllüdlü Quliyeva Aylin Zaur qızına ev şəraitində sistem vurulub və sonra onun vəziyyəti pisləşib. Ailə üzvləri onu xəstəxanaya çatdırmaq istəsələr də, 6 yaşlı qız yolda keçinib.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda cinayət işi başlanıb araşdırma aparılır.