
Samuxda yol qəzası olub.
Rezonans.az-ın məlumatına görə, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki hərəkətdə olan avtomobil idarəetmədən çıxıb. Nəticədə avtomobil yol kənarındakı ağaca çırpılıb.
Qəza zamanı sürücü 1981-ci il təvəllüdlü İ.Paşayev xəsarət alıb. Yaralı xəstəxanaya yeləşdirilib. Dərhal hadisə yerinə polis əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.