Gəncə sakini son anda xilas edildi

img

Gəncə şəhərində intihara cəhd faktı qeydə alınıb.

Rezonans.az-ın məlumatına görə, hadisə şəhərin Gülüstan yaşayış massivində baş verib. 1986-cı il təvəllüdlü E. Abbasov yaşadığı evdə özünü asmağa cəhd edib. Onun yaxınları hadisə zamanı kişini asılı vəziyyətdə görüblər və dərhal ipi açaraq xəstəxanaya çatdırıblar.

Hazırda 39 yaşlı E. Abbasovun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Xəbəri paylaş: