Samuxda xəsarətlə nəticələnən qəza olub.
Rezonans.az-ın məlumatına görə, hadisə rayon Füzuli-Hacılı yolunda baş verib. Belə ki, hərəkətdə olan iki avtomobil toqquşub. Qəza zamanı 3 nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.
Faktla bağlı araşdırma aparılır.









