"TDT+" formatının təsis edilməsi haqqında qərar imzalanıb

img

Türk Dövlətləri Təşkilatının (TDT) 12-ci sammiti çərçivəsində "TDT+" formatının təsis edilməsi haqqında qərar imzalanıb.

Rezonans.az xəbər verir ki, bu barədə Qırğızıstan Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Bundan əlavə, tədbirin yekununda iştirakçı ölkələrin liderləri Türk Dövlətləri Təşkilatının Qəbələ Bəyannaməsi və TÜRKSOY Beynəlxalq Təşkilatının gücləndirilməsi haqqında qərar da daxil olmaqla bir neçə əsas sənədi imzalayıblar.

Xəbəri paylaş: