Azərbaycan və Rusiya prezidentlərinin görüşü gözlənilir

img

Rusiya və Azərbaycan prezidentləri Vladimir Putin və İlham Əliyev arasında təmaslar oktyabrın 8-dən 10-dək Düşənbədə keçiriləcək tədbirlər çərçivəsində baş tuta bilər.

Rezonans.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.

Putin oktyabrın 8-də Tacikistana gələcək. Rusiya liderinin cədvəlinə dövlət səfəri çərçivəsində tədbirlər, həmçinin Mərkəzi Asiya-Rusiya ikinci Sammitində və MDB Dövlət Başçıları Şurasının iclasında iştirak daxildir. 

"Bu, bütün sammitlərdə görülən işlərin bir hissəsidir", - Kreml sözçüsü Düşənbəyə səfəri zamanı Putinlə digər liderlər arasında ikitərəfli təmasların mümkünlüyü barədə jurnalistin sualına cavabında bildirib.

Onun sözlərinə görə, bura Rusiya və Azərbaycan liderləri arasında təmaslar da daxildir. 

Xəbəri paylaş: