Misli Premyer Liqasında bu gün IX tura yekun vurulacaq.
Rezonans.az xəbər verir ki, turun son oyun günündə 2 görüş baş tutacaq.
"Qəbələ" evdə "Neftçi" ilə üz-üzə gələcək. Matç Qəbələ şəhər stadionunda, saat 16:00-da start götürəcək. "Qəbələ" hazırda 5 xalla 10-cu pillədə qərarlaşıb. 9 xala malik "Neftçi" isə 9-cu yerdədir.
Turun son matçında "Qarabağ" evdə "Şamaxı"nı qəbul edəcək. Görüş "Azərsun Arena"da saat 18:30-da başlayacaq. "Qarabağ" hazırda 16 xalla turnir cədvəlinin 2-ci pilləsindədir. 8-ci yerdə qərarlaşan "Şamaxı"nın isə 9 xalı var.









