8 Noyabr – Zəfər Günü münasibətilə Qazax Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə mini futbol yarışı təşkil olunub.
Rezonans.az xəbər verir ki, turnirdə RPŞ əməkdaşları ilə yanaşı, rayonun müxtəlif müəssisə və təşkilatlarının nümayəndələri də iştirak ediblər.
Gərgin və dostluq şəraitində keçən qarşılaşmaların yekununda Qazax Rayon Polis Şöbəsinin komandası qalib adını qazanıb.
Yarışın sonunda Şöbə rəhbərliyi tərəfindən qalib komandanın üzvlərinə fərqlənmə diplomları və hədiyyələr təqdim olunub.










