Azərbaycan - İslandiya oyununun hakimləri açıqlandı

img

Azərbaycan milli komandasının noyabrın 13-də İslandiya yığması ilə Bakıda keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyununun hakim təyinatları açıqlanıb.

Rezonans.az xəbər verir ki, 8-ci km qəsəbə stadionunda təşkil olunacaq görüşü Monteneqro və Serbiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim Nikola Dabanoviçə Vladan Todoroviç və Srcan Yovanoviç kömək edəcəklər. Dördüncü hakim isə Miloş Boşkoviç olacaq.

VAR hakimləri isə serbiyalı Momçilo Markoviçlə Aleksandar Jivkoviçdir.

Xəbəri paylaş: