Bakı şəhərinin Nizami rayonunda yanğın olub.
Rezonans.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Ümumi sahəsi 400 m² olan ikimərtəbəli hotel binasının mənfi birinci mərtəbəsində yerləşən qarajda “BMW” markalı minik avtomobilinin salon hissəsi və “Volkswagen” markalı minik avtomobilinin salon hissəsi yanıb.
Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər avtomobillər və otel binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.









