Zaqatalada 57 yaşlı qadını avtomobil vuraraq öldürüb.
Rezonans.az xəbər verir ki, bu gün səhər saatlarında Zaqatala rayonunun Aşağı Tala kəndi ərazisində Rövşən Hazmanov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü Dilbər Osmanovanı vurub. Piyada aldığı xəsarətlərdən ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı ərazi üzrə polis orqanında cinayət işi başlanılıb, araşdırmalar aparılır.









