Könüllü neft hasilatının məhdudlaşdırılmasında iştirak edən səkkiz OPEC+ ölkəsinin nazirləri aylıq görüşlərindən sonra neft hasilatının artırılmasında fasiləni birinci rübdə də saxlamaq qərarına gəliblər.
Rezonans.az xəbər verir ki, bu barədə OPEC-in açıqlamasında bildirilir.
Buna görə də, mart ayında kvotalar əvvəllər planlaşdırıldığı kimi, dekabr ayında qüvvədə olan kvotalarla eyni səviyyədə müəyyən ediləcək.









