Bəşər tariхinin ən dəhşətli və qanlı səhifələrindən оlan Хоcalı sоyqırımından 34 il ötür. Хоcalı faciəsinə aparan yоlun başlanğıcı 1988-cı ilə, yəni Еrmənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə mеydana çıхdığı dövrə təsadüf еdir. Həmin dövrdə Dağlıq Qarabağda еrməni sеparatçıları fəaliyyətlərini gеnişləndirirdilər. 1992-ci il fеvral ayının 25-dən 26-na kеçən gеcə еrməni silahlı birləşmələri Хankəndində yеrləşdirilən kеçmiş Sоvеtlər Birliyinə məхsus оlan 366-cı alayın köməyi ilə Хоcalı şəhərinin dinc əhalisinə hücum еdərək, Хоcalı şəhərini yеrlə yеksan еtdilər. Azərbaycanlılara qarşı sоyqırım aktı törətdilər.
Xocalı faciəsi ilə bağlı həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması hər zaman qarşımızda dayanan əsas hədəflərdəndir. Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü, 150 nəfərin taleyi isə bu günədək naməlum qalıb. Şəhər yerlə-yeksan edildi. Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəşə tutularaq qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə cəhd etdilər. Xocalı faciəsi uzun illər ərzində Azərbaycan dövlətinin və xalqının beynəlxalq aləmdə ədalət axtarışının əsas istiqamətlərindən biri oldu. Ümummilli lider Heydər Əliyev Xocalı soyqırımına siyasi-hüquqi qiymət verilməsinə nail oldu. Onun təşəbbüsü ilə Milli Məclis 1994-cü ildə Xocalı hadisələrini soyqırımı kimi tanıdı. Sonrakı illərdə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində bir sıra ölkələr və beynəlxalq təşkilatlar bu faciəni pisləyən qərarlar qəbul etdilər.
Prezident İlham Əliyev Xocalı faciəsini təcavüzkar erməni millətçi-şovinistlərinin yüzillər ərzində Azərbaycan xalqına qarşı apardıqları soyqırımı və etnik təmizləmə siyasətinin qanlı səhifəsi kimi qiymətləndirib. Ölkəmizin başçısı hər il bu dəhşətli faciənin qurbanlarının xatirəsinə ucaldılmış abidənin önünə əklillər qoyur, onların xatirəsini ehtiramla yad edir. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyeva Xocalı faciəsi ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında misilsiz xidmətlər göstərir.
Bu gün Xocalı artıq yalnız faciə simvolu deyil, həm də dirçəliş və ümid rəmzidir. Azad edilmiş torpaqlarda həyat yenidən canlanır, məktəblər, yollar, sosial obyektlər inşa olunur. Prezident İlham Əliyevin Xocalıya səfəri zamanı verdiyi mesaj aydın idi: Azərbaycan öz tarixi torpaqlarında əbədi yaşayacaq və belə faciələrin bir daha təkrarlanmaması üçün güclü dövlət quruculuğunu davam etdirəcək. Xocalı soyqırımı Azərbaycan xalqının yaddaşında əbədi qalacaq. Bu faciə həm kədər, həm də milli birliyimizin, mübarizə əzmimizin simvoludur. Qələbədən sonra Xocalıya edilən səfər isə göstərdi ki, zaman keçsə də, ədalət gec-tez zəfər çalır. Xocalıdan başlayan ağrı dolu yol bu gün Zəfərlə davam edir və Azərbaycan xalqı öz tarixi ədalətini bərpa etməyin qürurunu yaşayır.
Emin Feyzizadə
YAP Tovuz rayon təşkilatının məsləhətçisi









