Cüdoçumuz Avropa Kubokunda gümüş medal qazandı

img

İspaniyanın Mostoles şəhərində cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

Rezonans.az xəbər verir ki, Azərbaycan milli komandası beynəlxalq yarışı bir medalla tamamlayıb.

Yığmanın heyətində 57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva gümüş medal qazanıb.

Qeyd edək ki, turnirdə ölkəmiz ümumilikdə 6 cüdoçu ilə təmsil olunub.

Xəbəri paylaş: