Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti dəfə təyinat alıb.
Rezonans.az xəbər verir ki, o, 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində martın 31-də keçiriləcək Rumıniya – San Marino görüşünün hakim-inspektoru olacaq.
A qrupu çərçivəsində oynanılacaq qarşılaşma Tırqovişte şəhərində yerləşən “Eugen Popesku” stadionunda baş tutacaq.









