Futbol üzrə Azərbaycan millisi "FIFA Series – 2026" beynəlxalq turnirində bu gün ikinci oyununu keçirəcək.
Rezonans.az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu kollektiv Syerra Leone yığması ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı qarşılaşma saat 19:00-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi martın 27-də eyni arenada Sent Lüsiya komandasını 6:1 hesabı ilə üstələyib.









