Bakı Limanında 812 min tondan çox yük aşırılıb

img

Bakı Limanında bu ilin may ayında 812 min tondan çox yük aşırılıb.

Rezonans.az "Azərbaycan Dəmir Yolları" QSC-yə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni dövrünün göstəricisini 11 faiz üstələyib.

Bu ilin yanvar-may aylarında limanda aşırılmış TEU konteyner yükü isə 50 min TEU-nu ötüb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 9% artım deməkdir.

Xəbəri paylaş: