Rusiya ilə Azərbaycan arasında münasibətlər çox yaxşı və səmimi olub və belə də qalır.
Rezonans.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin aparıcı beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə təşkil etdiyi görüşdə bildirib.
"Mən Rusiya ilə Azərbaycan arasındakı münasibətləri çox yaxşı hesab edirəm. Həm iqtisadi, həm də siyasi baxımdan Azərbaycanla həmişə yaxşı münasibətlərimiz olub. Bir neçə il əvvəl strateji əməkdaşlıq müqaviləsi imzaladıq. Bu münasibətlər belə inkişaf edir.
Rusiya İrana humanitar yardım göndərilməsində göstərdiyi köməyə görə İlham Əliyevə minnətdardır", - deyə Rusiya lideri qeyd edib.









