
Şri-Lanka dövlət başçısı vəzifəsinə namizədlər iyulun 19-da təqdim edilməlidir.
Rezonans.az xəbər verir ki, bu barədə Şri-Lanka parlamentinin baş katibi Dhamika Dasanayake məlumat yayıb.
Birdən çox namizədin təqdim olunması gözlənilir. İyulun 20-də parlamentdə səsvermə keçiriləcək. Deputatlar ölkənin yeni liderini seçəcəklər.
Seçilmiş namizəd istefa vermiş prezidentin səlahiyyət müddətinin sonuna, 2024-cü ilə qədər həmin vəzifəni icra edəcək. noyabr
Şri-Lankanın prezidenti səlahiyyətlərini icra edən baş nazir Ranil Vikramasinqedir. O, həm də prezidentliyə əsas namizədlərdən biridir.