X və XI siniflərdə təhsil alacaq şagirdlərin NƏZƏRİNƏ

img

Abşeron-Xızı Regional Təhsil İdarəsi üzrə 2026–2027-ci tədris ili üçün yeni təmayül tədris modelinin tətbiq ediləcəyi ümumi təhsil müəssisələrinə şagird qəbulu elan olunur.

Rezonans.az xəbər verir ki, layihəyə 2026–2027-ci tədris ilində X və XI siniflərdə təhsil alacaq şagirdlər müraciət edə bilərlər.

Yeni təmayül tədris modeli tam orta təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə, şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha səmərəli təşkilinə xidmət edir. Layihə çərçivəsində ali təhsil müəssisələrinə hazırlıq prosesi birbaşa məktəb mühitində həyata keçirilir. Qəbul proqramına uyğun planlaşdırılmış tədris prosesi, intensiv dərslər və məqsədyönlü akademik dəstək şagirdlərin zəruri bilik və bacarıqları məktəb daxilində əldə etməsinə imkan yaradır.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən aşağıdakı ümumi təhsil müəssisələrində X və XI siniflər üzrə şagird qəbulu elan edilir:

Sumqayıt şəhəri • Sumqayıt şəhəri 20 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 33 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) • Sumqayıt şəhəri 37 nömrəli tam orta ümumtəhsil məktəbi • Sumqayıt şəhəri 46 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 36 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) • Sumqayıt şəhəri 48 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 8 nömrəli tam orta ümumtəhsil məktəbinin yaxınlığında) • Sumqayıt şəhəri 49 nömrəli tam orta ümumtəhsil məktəbi (Sumqayıt şəhər 31 nömrəli tam orta ümumtəhsil məktəbinin yaxınlığında)

Xırdalan şəhəri • Xırdalan şəhəri 12 nömrəli tam orta ümumtəhsil məktəbi (Xırdalan şəhər 11 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)

Saray qəsəbəsi • Saray qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbi (Saray qəsəbə 4 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında) • Saray qəsəbə 6 nömrəli tam orta ümumtəhsil məktəbi (Saray qəsəbə 2 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)

Mehdiabad qəsəbəsi • Mehdiabad qəsəbə 8 nömrəli tam orta ümumtəhsil məktəbi (Mehdiabad qəsəbə 5 nömrəli tam orta ümumtəhsil məktəbinin binasında)

Qeydiyyat zamanı aşağıdakı məlumatlar seçilməlidir: • Təhsil alacağınız rayon və ya şəhər; • Təhsil alacağınız məktəb.

Qeydiyyat linki: https://forms.cloud.microsoft/r/kQeiMG20uR

Bu məktəblər tam orta təhsil səviyyəsində təhsilini davam etdirmək istəyən şagirdlərə müasir tələblərə cavab verən, akademik nailiyyətlərin yüksəldilməsinə və ali təhsil müəssisələrinə hazırlığın gücləndirilməsinə yönəlmiş geniş imkanlar təqdim edir.

Yeni təmayül tədris modelinin əsas üstünlükləri:

 Akademik nəticələrin yüksəldilməsinə yönəlmiş tədris mühiti;

 Abituriyent hazırlığının sistemli və ödənişsiz təşkili;

 Səriştəli müəllim kollektivi;

 Aylıq sınaq imtahanlarının təşkili;

 Akademik hazırlıqla yanaşı, şagirdlərin yaradıcılıq, liderlik və sosial bacarıqlarının inkişafına imkan yaradan dərnəklər.

 Qəbul ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri əsasında həyata keçirilir.

 Yeni təmayül tədris modeli şagirdlərin yalnız imtahan nəticələrini deyil, onların akademik, sosial və şəxsi inkişafını da dəstəkləyir.

Xəbəri paylaş: