Kitabxanaçıların maaşı artırılacaq? - Nazir açıqladı

img

Kitabxanaçılar bizim üçün çox önəmlidir. Kitabxana sisteminin təkmilləşdirilməsi işində ən üstün tutduğumuz mövzu insan faktorudur.

Rezonans.az xəbər verir ki, bunu Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.

"Dövlət tərəfindən verilən tapşırıqlardan ən vacibi əməyin ödənişin şərtlərinin yaxşılaşdırılmasıdır. Keyfiyyətli xidmətin təmin edilməsi üçün bu önəmli məsələdir. Bunun üzərində iş gedir və artıq konkret model hazırdır".

Xəbəri paylaş: