Bizim islahatların gedişatında son hədəf keyfiyyətli, peşəkar və dayanıqlı kitabxana xidmətlərinin həyata keçirilməsidir. Bunun təməlində kitabxana sahəsində xidmətləri həyata keçirən şəxslərin həm sosial təminat, həm də onların peşə hazırlığının yüksəldilməsi istiqamətində işin təşkili durur. Təbii ki, bu prosesdə kadrların dəyərləndirilməsi üçün gələn ildən kitabxanaçıların attestasiyası həyata keçiriləcək.
Rezonans.az xəbər verir ki, bunu Milli Məclisdə “Kitabxana sisteminin mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda ictimai müzakirədə çıxışı zamanı mədəniyyət naziri Adil Kərimli deyib.










