Ötən gün ölkə ərazisində qeydə alınan 58, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
Bu barədə Rezonans.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 158, o cümlədən borclu şəxs qismində axtarışda olan 144 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Eyni zamanda, narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb.










