"Ermənistan iki ildir ki, bu məbləği ödəmir"

img

Ermənistanın KTMT-nin ümumi büdcəsinə töhfələri 10 faiz təşkil edir. Ermənistan tərəfi iki ildir ki, bu məbləği ödəmir.

Rezonans.az xəbər verir ki, bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Viktor Vasilyev "RİA Novosti" agentliyinə açıqlayıb.

O bildirib ki, Ermənistan tərəfi iki ildir ki, ödəməli olduğu 10 faizi ödəmir.

Vasilyev vurğulayıb ki, büdcə Moskvanın töhfələrinin 50 faizindən ibarətdir. Hər biri on faiz olmaqla təşkilatın digər üzvlərindən alınır.

Xatırladaq ki, 2024-cü ildə İrəvan KTMT-dəki iştirakını dayandırıb. 2025-ci ilin yayında Ermənistanın baş naziri Paşinyan ölkənin təşkilatdan çıxmasını oradakı iştirakını bərpa etməkdən daha çox ehtimal etdiyini bildirib.

İyun ayında xarici işlər naziri Sergey Lavrov xəbərdarlıq edib ki, İrəvanın maliyyə çatışmazlığı səbəbindən KTMT öhdəliklərini yerinə yetirməyən üzvlərə şamil edilən nizamnamə maddəsinin tətbiqini nəzərdən keçirəcək.

Xəbəri paylaş: