Krım və Sevastopolda iqtisadi problemlərin həlli üçün regional fövqəladə vəziyyət elan edilib.
Rezonans.az xəbər verir ki, bu barədə respublika rəhbəri Sergey Aksyonov özünün "Telegram" kanalında bildirib
O, Sevastopol qubernatoru Mixail Razvojayevlə birlikdə müvafiq hüquqi rejimlərin tətbiqi ilə bağlı fərmanlar imzalamaq qərarına gəldiyini söyləyib.
Krım rəhbəri qeyd edib ki, "Qərar əsasən iqtisadi məsələləri sadələşdirmək üçün verilib".
Onun sözlərinə görə, fövqəladə vəziyyət əhalinin dolanışığının asılı olduğu bütün sahələrin sabit fəaliyyəti ilə bağlı problemlərin ən səmərəli şəkildə həllinə imkan verir.
Son zamanlar yarımada tez-tez Ukrayna hücumlarına məruz qalır və enerji infrastrukturu hədəfə alınır. Nəticədə, Krım boyunca müvəqqəti elektrik kəsintiləri tətbiq olunub. Bundan əlavə, 21 iyun tarixindən etibarən yanacaqdoldurma məntəqələrində yanacağın sərbəst satışı, eləcə də kuponların istifadəsi müvəqqəti olaraq dayandırılıb.









