Abşeronda 122 motoxuliqan saxlanıldı - VİDEO

img

Abşeronda ötən gün 122 motoxuliqan saxlanılıb.

DİN-dən Rezonans.az-verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsi tərəfindən ötən gün keçirilən növbəti tədbir zamanı sakinlərin rahatlığını pozan, yüksək səs effekti yaradan və sürücülük hüququ olmayan 122 motoxuliqan saxlanılıb.

Bildirilib ki, tədbirlər zamanı nəqliyyat vasitələrinin konstruksiyasına qanunsuz müdaxilə edən, əlavə işıq və səsboğucu qurğular quraşdıran 30, yükdaşıma qaydalarını pozan 11, müəyyən edilmiş keçidlərdə piyadalara yol verməyən 18 və sərxoş vəziyyətdə avtomobil idarə edən 6 sürücü barəsində də inzibati protokollar tərtib olunub.

Xəbəri paylaş: