Cüdoçularımız Çexiyada 3 medal qazanıblar

img

Çexiyanın paytaxtı Praqada keçirilən cüdo üzrə Avropa Açıq Turnirinin ilk yarış günündə Azərbaycan milli komandası 3 medal qazanıb.

Rezonans.az xəbər verir ki, Elşən Əsədov (66 kiloqram) bütün rəqiblərinə qalib gələrək turnirin qalibi olub. Bu çəki dərəcəsində Rəşad Yelkiyev gümüş medala layiq görülüb. Kamran Süleymanov (73 kiloqram) isə yarışı bürünc medalla başa vurub.

Azərbaycan millisi 1 qızıl, 1 gümüş və 1 bürünc medalla 38 ölkə arasında ümumi komanda hesabında ikinci pillədə qərarlaşıb.

Xəbəri paylaş: