Venesuelada daha bir zəlzələ oldu

img

Venesuelada 4,8 bal gücündə zəlzələ baş verib.

Rezonans.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti (USGS) məlumat yayıb.

Zəlzələnin episentrinin Aragua ştatındakı El Limon şəhərindən 35 kilometr şimal-şərqdə olduğunu bildirilib.

Açıqlamada zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi deyilir.

Qeyd edək ki, iyunun 24-də axşamı Venesuelada zəlzələ baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 bal gücündə iki təkan qeydə alınıb.

Xəbəri paylaş: