Almaniyada rekord temperatur qeydə alındı

img

Almaniyada davam edən isti hava dalğası fonunda növbəti temperatur rekordu qeydə alınıb.

Rezonans.az xəbər verir ki, Almaniya Meteorologiya Xidmətinin (DWD) məlumatına görə, Saksoniya-Anhalt əyalətinin Yerixover Land bölgəsində yerləşən meteoroloji stansiyada havanın temperaturu 41,5 dərəcəyə çatıb.

Bununla da ötən gün Saarbrükendə ölçülən 41,3 dərəcəlik rekord yenilənib. İsti hava Avropanın digər ölkələrində də rekord göstəricilərlə müşayiət olunur.

Danimarkada 1874-cü ildən bəri ən yüksək temperatur - 37 dərəcə qeydə alınıb. İsveçrənin Bazel şəhərində temperatur 38,8, Çexiyanın Doksani şəhərində isə 40,6 dərəcəyə yüksəlib.

Xəbəri paylaş: