NATO sammitində çalınan mehtər marşı ilə bağlı Ərdoğandan açıqlama

img

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti zamanı qonaqların qarşılanma mərasimində mehtər marşının çalınması ilə bağlı açıqlama yayıb. 

Rezonans.az xəbər verir ki, Ərdoğan bu marşdan naraha olanlara ismarıc yollayıb:

"Türkiyə Respublikası min illər boyu davam edən, izzət və şərəflə dolu tarixi olan dövlətlər zəncirimizin son halqasıdır.

Mehtər yürüşlərindən, yeniçərilərdən və mərasimlərin tariximizə uyğun şəkildə keçirilməsindən narahat olanlara bunu xatırladıram:

Artıq irsini rədd edən bir Türkiyə yoxdur".

Xəbəri paylaş: