Qubada 11 yaşlı uşaq çayda boğularaq öldü

img

Qubada azyaşlının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.

Rezonans.az xəbər verir ki, hadisə Qudyal çayının Quba rayonunun Qəçrəş kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü Xəyyam Tərlan oğlu Məmmədov çayda çimərkən boğularaq həyatını itirib.

Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbəri paylaş: