Bakıda 1543 yol-nəqliyyat hadisəsi olub

img

Bu ilin 6 ayı ərzində Bakıda 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Rezonans.az xəbər verir ki, bu barədə DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib.

Məlumata görə, paytaxt yollarındakı videomüşahidə kameralarının əhatə dairəsində bu ilin 6 ayı ərzində 1543 yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Müvafiq tədbirlər görülməsi üçün NİİM-in əməkdaşları tərəfindən aidiyyəti üzrə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşlarına məlumat verilib.

Xəbəri paylaş: